• 29 Noyabr 2021
logo
Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov Azərbaycana gəlir

Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov Azərbaycana gəlir

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, A. Reznikovun səfəri aprelin 13-14-də baş tutacaq.

Səfər çərçivəsində Ukrayna Baş nazirinin müavini Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Onun Ağdama səfəri də planlaşdırılıb.