• 22 Noyabr 2019
logo
add image
Baş Prokuror: Rafael Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər

Baş Prokuror: Rafael Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər

Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq.
Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, R.Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər: "İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".
Qeyd edək ki, ötən gün Milli Məclisin keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, deputat Rafael Cəbrayılov mandatdan imtina etməsi barədə müraciət edib.
Ə.Hüseynli qeyd edib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.