MN: Azad edilmiş ərazilərdə bölmələrimizin təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam edir
Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, eyni zamanda bu ərazilərdəki yaşayış məntəqələri və yüksək dağlıq ərazilərdəki yeni mövqelərdə qoşun xidməti və döyüş növbətçiliyi təşkil olunur.