• 17 Yanvar 2021
logo
Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik

Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik

Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsinin 2 dekabrda keçirilən iclasında erməni diasporu və ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu.

Bu barədə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, ermənipərəst deputatların gündəmə gətirdiyi sabiq işğalçı rejimin tanınması, onunla “diplomatik əlaqələrin” qurulması və Azərbaycana qarşı sanksiyaların tətbiqi, Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması və digər cəfəng çağırışları əks etdirən bütün təkliflər səsvermədə qəti şəkildə rədd edilib:

"Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsi parlament çoxluğunun əsasən regionda gələcək barışığa və sülhə yönəlik ismarıcları olan qətnamə layihəsini təsdiq edib. Qətnamə layihəsinin yekun mətninin gələcək plenar iclasların birində səsverməyə qoyulması gözlənilir".