• 29 Sentyabr 2020
logo
Milli Məclisdə sənədlərlə iş üzrə təlimat hazırlanır

Milli Məclisdə sənədlərlə iş üzrə təlimat hazırlanır

"Milli Məclisdə sənədlərlə iş üzrə təlimat hazırlanır. Bu sənədin həçmi 70 səhifəyə yaxındır".

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deyib.

Onun sözlərinə görə, bu, komitə və aparat münasibətlərini tənzimləyən sənəd rolunu oynayacaq: “Eyni zamanda, işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin hazırlanması məsələsi ilə bağlı bizə müraciətlər olub. Bununla bağlı əvvəllər fikir ayrılıqları mövcud idi. Bu məsələyə ən yaxın müddətdə yenidən baxılacaq".