• 27 İyul 2024
logo
Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr - Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.

Türkiyə XİN başçısı bu barədə "Twitter" hesabında paylaşıb.

"Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik. Odlar yurduna salam olsun!", Mövlud Çavuşoğlu qeyd edib.