• 23 Aprel 2024
logo
Erməni diasporu: mif dağılır…

Erməni diasporu: mif dağılır…

Azərbaycan diasporunun həmləsi, diplomatik korpusun passiv müdafiə mütəvisindən hücum mövqeyinə keçməsi erməni diasporu ilə rəsmi İrəvan arasındakı ziddiyyətlərin dərinləşməsinə, erməni diaspor təşkilatlarının klassik, ənənəvi fəaliyyət perspektivləri ilə bağlı ümidsiz proqnozlara zəmin yaradıb.
Baş nazir Nikol Paşinyanın Diaspor üzrə komissarın ofisini sözün bütün mənalarında alt-üst etməsi, ziddiyyətlərin və bundan doğan narahatlığın ciddiliyindən xəbər verir.
Paşinyanın qərarı ilə ofisin 13 əməkdaşının işdən kənarlaşdırıldığı bildirilsə də, əslində onların sayı kifayət qədər çoxdur. Çünki bir çoxları öz vəzifələrini “strukur dəyişiklikləri” və “ixtisar” adı altında itiriblər.
İşdən kənarlaşdırılan və işini itirən şəxslərin kimliyi, məsul olduqları regionların adı, Ermənistanın diaspora siyasətinin daha çox hansı istiqamətlərdə iflasa uğradığını göstərir. Bu baxımdan, diaspora komissarlığından qovulanların cavabdeh olduqları bölgələrə və sahələrə nəzər salmaqla, erməni diasporunun faəliyyəti ilə bağlı hansı ərazilərdə ciddi problemlərin olduğunu müəyyənləşdirə bilərik. Beləliklə işdən azad olunanların və onların məsul olduqları regionlar və sahələrin siyahısına nəzər salaq:
1. Avropadakı erməni icmaları ilə bağlı məsələlər üzrə baş idarənin rəisi Karen Avanesyan
2. Qərbi Avropadakı erməni icmaları ilə bağlı məsələlər şöbəsinin müdiri Natalya Danielyan
3. Cənubi Amerika və Avstraliyadakı erməni icmaları ilə əlaqələr üzrə şöbənin müdiri Qoar Saakyan
4. Diasporun potensialı və informasiyaların təhlili üzrə baş idarənin rəisi Vaqinak Vardanyan
5. Reportasiya və araşdırmalar baş idarəsinin rəisi Qriqor Arşakyan
6. Tədqiqat şöbəsinin müdiri Eliz Gevorkyan,
7. Ümumerməni beynəlxalq təşkilatları və kilsələri ilə əlaqələr üzrə baş idarənin rəisi Knarik Petrosyan,
8. Erməni və beynəlxaql təşkilatlarla iş üzrə şöbənin müdiri Anait Davtyan
9. Yaxın və orta Şərqdəki erməni icmaları ilə əlaqələr üzrə baş idarənin rəisi Levon Antonyan
10. Ermənistana yaxın ərazilərdəki (İran, Gürcüstan, Türkiyə) diaspora qurumları ilə əlaqələr üzrə baş idarənin rəisi Taron Şaqoyan
11. Erməni Apostol Kilsəsi və digər kilsələr üzrə şöbənin müdiri Sirvard Ambryan
12. Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalar üzrə baş idarənin rəisi Edqat Ovsepyan və digərləri…

Göründüyü kimi, vəzifəsini itirən şəxslər, əsasən Azərbaycan diasporunun məlum hadisələr zamanı fəal olduqları bölgələr üzrə məsuliyyət daşıyıblar.
Qeyd edim ki, rəsmi İrəvan diaspor komissarlığındakı “təmizləmə əməliyyatı”nı struktur islahatları və ixtisarlarla əlaqələndirir. Amma Ermənistanın Paşinyan tərəfindən ləğv edilmiş keçmiş Diaspor nazirinin müavini Serj Srapionyanın sözlərinə görə, bütün bunlar görüntü xarakteri daşıyır. Çünki komissarlığın büdcəsinin 3 dəfədən çox artırılması ixtisarlar üçün heç bir əsasın olmadığını sübuta yetirir.
Erməni ekspertləri və siyasətçiləri isə dünyanın müxtəlif ölkələrində erməni diasporuna olan münasibətin neqativ dinamika aldığını bildirirlər. Məsələn, diaspor və idarəçilik sahəsi üzrə tanınmış ekspert Arutyun Mesrobyan hesab edir ki, Rusiyada, ABŞ-da və digər ölkələrdə ermənilərə olan münasibət gündən-günə pisləşir: “Sonuncu dəfə ABŞ-ın və Ermənistanın yüksək rütbəli rəsmiləri arasında nə vaxt görüş keçirilib? Bunu heş kim xatırlamır. O cümlədən mən də... Bizim dörd tərəfimizdə vəziyyət dəyişir, amma biz bunu görə bilmirik”

Ermənistanın tanınmış publisisti Ara Nedolyan isə hesab edir ki, Rusiyada Azərbaycan və erməni diasporu arasında baş verənlərdən və rəsmi Moskvanın münasibətindən sonra Rusiyanı ermənilər üçün perspektsiz ölkə hesab etmək olar.
Göründüyü kimi, Azərbaycan diasporunun kiçik bir həmləsi təkcə erməni diasporunun ciddi səhvlərə yol verməsinə, “yazıq”, “məzlum”, “əzilən” erməni obrazının arxasında uzun illərdən bəri gizlədilən vəhşi, qaniçən, təcüvüzkar və təbii ki, gerçək erməni obrazının gün işığına çıxmasına zəmin yaratmayıb, həm də Ermənistan cəmiyyətində diaspora olan sonsuz inamı, etimadı ciddi şəkildə sarsıdıb. Onu da qeyd edim ki, Ermənistan vətəndaşları uzun illərdən bəri, hətta sovet dönəmində də erməni diasporuna sarsılmaz, məğlubedilməz güc kimi yanaşıblar və elə hesab ediblər ki, bu gücə söykənərək istənilən addımı atmaq mümkündür. Son hadisılər isə ilk növbədə Ermənistan cəmiyyətində erməni diasporu ilə bağlı mifi xeyli sarsıdıb. Amma hələ dağılmayıb. Tamamilə dağılması üçün Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum strategiyası fasiləsiz olaraq davam etdirməlidir. Azərbaycan ərazilərinin işğalına son qoyulmasının yolu, həm də Ermənistanın, ermənilərin və erməniliyin əlinin bütün “saman çöpləri”ndən üzülməsindən keçir.

Elçin Mirzəbəyli