• 28 Mart 2025
logo
"Asiya İnkişaf Bankı Azərbaycana daha çox maraq göstərir"

"Asiya İnkişaf Bankı Azərbaycana daha çox maraq göstərir"

Son dövrlərdə Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığı sürətlə irəliləməkdədir. Buna əsasən, həm Azərbaycan tərəfinin həm də AİB tərəfinin bu əməkdaşlıqda maraqlı olması rəvac verir.

Bunu "Xalq Cəbhəsi" qəzetinə siyasi analitik Turab Rzayev bildirib.

Analitik qeyd edib ki, Azərbaycan həm Avropa və Amerika banklarından kredit almanın çətinliyi, həm də bu bankların ölkələrin daxili iqtisadi sistemlərinə, hətta bəzən siyasi cəhətdən təsir etməyə çalışmaqlarına görə, həm də tez-tez, konyuktura uyğun siyasət dəyişikliklərinə görə, əlavə başqa daha güvənli və daha rahat ucuz maliyyə vəsaitlərinə çıxış axtarırdı: "Eyni vaxtda, Asiya İnkişaf Bankı da həm bizim regiona, həm də elə birbaşa Azərbaycana daha çox maraq göstərir, bu ərazidəki aktivliyini artırmaq istəyirdi. Beləliklə, hər iki tərəfin maraqları uyğunlaşdığından AİB ilə əməkdaşlıq daha sabit, daha uzunmüddətli və uğurlu alındı. Belə ki, hətta AİB öz illik toplantısını 2015-ci ildə Bakı şəhərinə salmışdı. Azərbaycan AİB kreditlərindən və AİB-in verdiyi zəmanətlərdən daha çox böyük infrastruktur layihələrinin maliyyələşdirilməsində istifadə edir. AİB ilə qarşılıqlı əməkdaşlıq, inam o dərəcəyə çatıb ki, hətta Cənub Qaz Dəhlizi üçün beynəlxalq kredit axtarışında olduğumuz vaxt, digər bəzi bankların daha çəkingən davramdığı dövrdə AİB böyük beynəlxalq banklar arasında bu meqainfrastruktur layihəsinə kredit ayıran ilk maliyyə qurumu oldu. İnfrastruktur layihələrindən başqa, Asiya İnkişaf Bankı vasitəsi ilə özəl sektorun maliyyələşdirilməsi, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədar da Azərbaycanım əməkdaşlıq prioritetləri arasındadır".

Cavid