• 24 Noyabr 2020
logo
Bu QHT-lər Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Bu QHT-lər Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən hərbiyönümlü Qeyri -Hökümət Təşkilatları Azərbaycan prezidentinə müraciət ünvanlayıb.

Müraciət ölkə başçısının həyata keçirdiyi işlərə dəstək xarakteri daşıyır:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev

Hörmətli cənab Prezident!

Ölkəmizə rəhbərlik etdiyiniz ilk zamanlardan etibarən Ümümmilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət siyasətini uğurla davam etdirməyiniz, müstəqil Azərbaycanın inkişaf strategiyasını yeniləşən müasir dünyanın tələblərinə uyğun hazırlanaraq mütərəqqi ideyalarınızla dövlətimizin dünya miqyasında öz layiqli yerini tuta bilməsi naminə yorulmaz fəaliyyətiniz bütün xalqımız tərəfindən böyük qurur hissi ilə qarşılanır.
Bu aylarda isə Sizin müdrik qərarlarınız nəticəsində ölkə olaraq koronovirus pandemiyası ilə əzmkarlıqla mübarizə aparmağı bacarırıq. Vaxtında verdiyiniz qərarların, tapşırığınızla görülmüş tədbirlərin nəticəsidir ki, planetin bəlası olmuş pandemiyadan ölkəmiz minumum itkilərlə çıxmağa çalışır. Dünyanın hər yerində olduğu kimi ölkəmizin də ziyan çəkdiyi bu dövrdə mühüm sosial layihələri uğurla davam etdirməyiniz, vətəndaşların rifahı naminə sosial və digər problemlərin həlli istiqamətində ardıcıl işlər həyata keçirməyiniz dövlət xalq birliyinin möhkəmləndirilməsinə xidmət edən başlıca amillərdəndir. Bütün bu misilsiz xidmətlərinizi, çətin günlərdə hər bir azərbaycanlının yanında olmağınızı, diqqətəlayiq nailiyyətlərə imza atmağınızı bütün ölkə vətəndaşları kimi müharibə veteranları, əlilləri, şəhid ailələri, qaçqın və məcburi-köçkünlər də yüksək qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koronavirusa (COVİD-19) qarşı mübarizə məqsədi ilə həyata keçirilən dövlət siyasətinə dəstək olaraq səfərbər etdiyi fəal ictimai təşkilatlar, əhalinin həssas kateqoriyası ilə daim yaxından işləyən hərbiyönümlü QHT-lər olaraq bir daha Sizə sarsılmaz inamımızı və birmənalı dəstəyimizi ifadə edir, Azərbaycanımızın firavanlığı, tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirik. Uca Tanrı Sizi qorusun cənab Prezident! Vətənin övladı, Azərbaycanın əsgəri olaraq hər zaman əmrinizdəyik cənab Ali Baş Komandan!

1. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi
2. Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi
3. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
4. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi
5. Azərbaycan Çernobl Əlilləri İttifaqı İctimai Birliyi
6. “20 Yanvar” İctimai Birliyi
7. “Əsgər Anaları” Şurası
8. Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma Ictimai Birliyi
9. Qarabağ Əlilləri və Veteranları İctimai Birliyi
10. "Qarabağ Qaziləri" İctimai Birliyi
11. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
12. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi
13. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi
14. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi
15. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi
16. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi
17. Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri İctimai Birliyi
18. Qürur Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi
19. Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək" İctimai Birliyi
20. “Məcburi-Köçkün Müharibə Veteranları” İctimai Birliyi
21. "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
22. "Müharibə Veteranları və Beynəlminəlçi Hərbiçilər" İctimai Birliyi
23. "Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək" İctimai Birliyi".