• 14 Noyabr 2024
logo
“Turan hərbi bloku yarana bilər”-ekspert

“Turan hərbi bloku yarana bilər”-ekspert

“Hərbi blokların yaranması ölkələrarası münasibətlərdən asılıdır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, hazırda Azərbaycanın siyasəti “heç bir bloka daxil olmamaq” siyasətidir və sadəcə müttəfiqlik əlaqələri qurur: “Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi var. Bu Bəyannamə hər iki ölkəni daha byaxın müttəfiqə çevirib. Yəni, əgər təhlükə yaranarsa orduların tətbiqi nəzərdə tutulub”.
Ş.Ramaldanov eləcə də Orta Asiya və türkdilli dövlətlərin arasındakı münasibətlərinin inkişaf etdirilməsində fəal irəliləmə olduğunu qeyd edib: “Belə olduğu halda əgər bu münasibətlər inkişaf səviyyəsinə çatsa və türkdilli ölkələrin birlikdə hansısa blok, məsələn, Turan bloku yaratması mümkün ola bilər. Geosiyasi arenada gedən proseslər bu gün artıq “tək əldən səs çıxmaz”,-deyiminə bənzəyir. Yəni müəyyən ölkələr bir-birinə dəstək verməli, hərbi əməkdaşlığı genişləndirməli və təhlükəsizliyini təmin etmək üçün blok formasında birləşməlidir. Düşünürəm ki, ona görə də biz, bəlkə də gələcəkdə geosiyasi arenada münasibətlərin blok şəklində genişlənməsini görəcəyik. Hazırda isə KTMT, NATO bloku var və gələcəkdə artıq Uzaq Şərq daxil olmaqla, Çin, Rusiya, Şimali Koreya və hətta İranın da daxil ola biləcəyi hərbi blokun yaranması istisna olunmur”.