• 19 May 2024
logo
Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

“Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə davam etməyə hazırıq”, - Zaxarova bildirib.

XİN rəsmisinin sözlərinə görə, bu gün Vladimir Putinlə Nikol Paşinyan arasındakı danışıqların gündəmində Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri olacaq.