• 19 May 2024
logo
Delimitasiya Kirantsa çatdı: kənd bölünür

Delimitasiya Kirantsa çatdı: kənd bölünür

Bu gün səhər saatlarından Ermənistan Milli Təklükəsizlik Xidməti və polis əməkdaşları Qazaxla sərhəddə yerləşən Tavuş rayonunun Kirants kəndinə gəlib.

Baymedia.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, kənddə demarkasiya çərçivəsində artıq ölçmə işlərinə başlayıblar. Sakinlərə əraziyə yaxınlaşmaq qadağan edilib.

Kirants icmasının rəhbəri Kamo Şahinyan bildirib ki, neytral zonada işləri hələ də davam etdirirlər və ona yaşayış sahələrini daha sonra ölçəcəklərini bildirdilər.

"Mübahisəli ərazilər var", - Şahinyan bildirib.