• 17 May 2024
logo
Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıq sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyişdir.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşündə deyib.

O, postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə rəsmi Bakının normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğu vurğulanıb.