• 29 Mart 2024
logo
Ruslan Əliyev jurnalistlərlə növbəti dəfə görüşəcək

Ruslan Əliyev jurnalistlərlə növbəti dəfə görüşəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev jurnalistlərlə növbəti dəfə görüş keçirəcək.
“Azəriqaz”dan verilən məlumata görə, qurumun inzibati binasında növbəti “Açıq qapı” aksiyası 19 noyabr saat 11:00-da başlayacaq.
Bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.
Ünvanlanan sualları "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev cavablandıracaq.