• 20 Aprel 2024
logo
KİV-lər haqqında qanuna tələblər…

KİV-lər haqqında qanuna tələblər…

Son illərin geniş yayılmış treminlərindən biri heç şübhəsiz dezinformasiyadır.

Bir cümlədə dezinformasiyanı “iqtisadi-siyasi fayda əldə etmək, ictimaiyyəti qəsdən aldatmaq yolu ilə ictimai siyasi proseslərə zərər vurmaq” üçün yaradılan, təqdim edilən və yayılan yanlış məlumatlar kimi ifadə edə bilərik.

Keçən il BMT dezinformasiyaya qarşı qlobal mübarizə məqsədi ilə etibarlı və dəqiq məlumatların çoxaltmaq və ən əsası məlumatları “Verifed – Yoxlanmış” virtual möhürü ilə paylaşmaq kampaniyası başladı.

BMT dezinformasiyaya qarşı kampaniyanı ilkin olaraq koronavirusla əlaqədar artmaqda olan yalan məlumatlara qarşı mübarizə aparmaqla başladı.

BMT bunu bütün dünyada virtual məkanları yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməyə qarşı bir hərakat kimi nəzərdə tutur və başlanğıc kimi dezinformasiyanın yayılmasında cəlbedici məhsullardan və yayma metodlarından istifadəsi üsulları nəzarətə götürülməsini tələb edirdi.

İki il öncə, Avropa Birliyinə 28 üzv ölkənin rəhbərliyi birliyin dezinformasiya ilə mübarizə üzrə effektiv strateji rabitə komandası yaradılması və onun iş planı hazırlamaq prosesinə start verdi.

Hər iki qlobal təşkilatın təşəbbüsü yerli hökümətlərə dezinformasiyanın yayma metodlarının istifadəsi üsullarına nəzarətin vacibliyi nəzərdə tutur, üzv dövlətlərin KİV haqqında yerli qanunvericiliyə yenidən baxılması və dəyişikliklər edilməsini tövsiyyə edirdi.

Bu təşəbbüslər məğzində KİV qrupuna aid olan yeni alətlərin- internet, sosial medianın texnoloji inkşafının bir hissəsi kimi cəmiyyətlərin inkşaf və sabitliyinə xidmət etməsi, cəmiyyətlərə faydalı olmasının vacibliyi dururdu.

Eyni ildə Almaniya, Fransa, İtaliya, İsveç, ABŞ kimi dövlətlər KİV sahəsində yerli qanunvericiliyə elektron və sosial medianın tənzimlənməsi üçün norma və əsasları əlavə edilməsi ilə bağlı dəyişikliklər etdilər.

Yerli qanunvericiliyə edilən dəyişikliklərlə paralel elektron və sosial platformalar daxil olmaqla KİV və internet resurslarda siyasi, təhlükəsizlik və diğər aspektlərdən dəyərləndirilməsi, dezinformasiyanın yayılma metodlarına nəzarət, bir sözlə KİV-i yeni tələblərlə idarə edilməsi, tənzimləməsinə nəzarət edən qurumlar formalaşdırıldı.

Bir sıra Avropa ölkələri, məsən Fransa isə KİV haqqında qanuna etdiyi əlavələr isə bir sıra hallarda son illərin geniş yayılmış vətəndaş jurnalistikasının qadağan edəcək məqamlar əlavə edildi, məsələn Fransa nümunəsində kütləvi tədbirlər zamanı polis və diğər güc strukturlarının nümayəndələrinin çəkiliş, elektron, sosial platformlarda canlı yayımların qadağan edilməsinə səbəb olan əlavələri göstərmək olar.

Bütün dünyada dezinformasiyanın yayma metodu demək olar eynidir, cəmiyyətlərə yönəlik yalan və təhrif edilmiş məlumatlarla internet resurslar, elektron media, sosial platformaların istifadəçilər, bloger, vətəndaş jurnlistikası və s. kimi yeni alətlərlə təqdimatı və tirajlanması həyata keçirilir.

Son illərin KİV-lər haqqında qanunun müasir tələblərindən biri internet resurslar, elektron, sosial media platformalarda vətəndaş jurnalistikasının tənzimləməsi və dezinformasiyaya qarşı imunitetlərin formalaşdırılmasına xidmət edən mexanizmlərin yaradılmasıdır və s

Belə mexanizmlər media və ifadə azadlığının təminatı üçün nəzərdə tutulan imkan və alətlərin dezinformasiyanın yayılması üçün vasitə və ya alət olmasına nəzarətin güclənməsinə xidmət etməlidir.

Azərbaycan, internet resurslar, sosial media platformlarından ictimai şüurun həssas nöqtələrinə basılmaqla dezinformasiya yayma və hibrid üsullarla təzyiq, təsir təbliğatlı informasiya əməliyyatlarına məruz qalan ölkələrin sırasındadır.

Bu hal həmişə mövcud olsa da 44 günlük Vətən müharibəsi öncəsi, ərəfəsi və sonrası müddətdə informasiya təxribatları axını gücləndi və cəmiyyətin bütün təbəqələrinə siraət etdi.

Məhz bu günlərdə nternet resurslar, elektron , sosial media tənzimləmə və nəzarətin olmaması üzərindən yerli resursların təbliğatında kənar təsirlərə məruz qalması daha aydın hiss edildi. Kənar təsirlərin fikir formalaşmasında iştirakı o qədər genişləndi ki, yerli elektron və sosial medianın təbliğat tezisləri Ermənistanın rəsmi təbliğatı ilə sonxronluq təşkil etdi.

Hərbi əməliyyatlarda, 10 Noyabrda imzalanmış 3 tərəfli razılaşmada qalib tərəf biz olduğumuz halda erməni media kanalları və resurslarının müxtəlif dillərdə paylaşlan yalan xəbər, dezinformasiyaları Azərbaycan mediası tərəfindən tirajlandı və bu proses hələ də davam edir.

Erməni internet kanallarının dezinformasiyaları cəmiyyətdə fikir formalaşmasında iştirak edir və onların dezinformasiyaları cəmiyyətin parçalanması, həmrəyliyinin pozulması istiqamətində “şübhə-əsaslar” formalaşdırır.

Buna qarşı əks təbliğat aparan yerli resursların qeyri-peşəkarlığı, dezinformasiya qarşı vaxtında və ən əsası arqumentli əks təbliğat qura bilməməsi, bir sıra hallarda isə prosesi düzgün dəyərləndirə bilməməsi səbəbi ilə yanlış təqdimatı cəmiyyətdəki şübhəni daha da dərinləşməsinə xidmət edir.

KİV-lərdə bu mövzuların gecikmiş və qeyri-profesionallıqdan irəli gələn primitiv izahları çox vaxt cəmiyyətin intelektual göstəricilərinə cavab vermir.

Nəticədə arqumentsiz əks təbliğat üzərindən şübhələr dərinləşir, sosial mediada kütləvi izləyiciləri olan səhifələrdə belə təbliğatın tirajlanması daha pis nəticə verir , çünki geniş kütlədə şübhə yaradır.

KİV-lərdə tənzimləmə və nəzarət olmaması bir çox hallarda yerli elektron medianın düşmən tərəfin təbliğatı, xarici media , beynəlxalq təşkilatların hesabatları üçün dezinformasiya əsaslı istinad mənbələri formalaşdırılmasına səbəb olur.

Məsələn, sentyabrın 28-də hərbi rejim əsasları ilə Azərbaycanda bır sıra elektron KİV-lərə internet verilməsi dayandırıldığı üçün, həmin KİV-lər cəbhəyə aid təhrif olunmuş məlumatları öz sosial media səhifələrindən paylaşmaqla, təhrif olunmuş istinad mənbələri –dezinformasiyalar formalaşdırmağa davam etdilər.

Elektron resurslarda, sosial platformlarda döyüş bölgələrindən sızmış , zorakılıq görüntüləri olan materialların nizamsız paylaşılması ölkənin beynəlxalq imicinin korlanması üçün fürsət güdən dairələrə əlavə material, istinad mənbələri formalaşdırdı.

KİV-lərdə jurnalist və ya aparıcılarn qeyri peşəkarlığı üzərindən milli, dini və məzhəb ayrıseçkiliyin qabardılması, ölkədə etnik və ya regional mənsubiyyətə görə qərəzli münasibət mövcud olması kimi fikir formalaşdırır.

Müharibə günlərində belə qeyri peşəkarların təsadüfi fikirlərinin cəmiyyətin parçalanması, Azərbaycan əsgərinin döyüş ruhunun sındırılması istiqamətində aparılan təbliğatlar buna nümunədir.

Bu kimi halların daxili risklərindən başqa həm də xarici riskləri mövcuddur, çünki belə məlumatlar daha sonra ölkəmizə qarşı qərəzli hesabatların istinad mənbəyinə çevrilir.

KİV təmsilçilərinin qeyri peşəkarlıq siyasi və təhlükəsizlik risklərin dəyərləndirməsi , xarici mediada şübhəli məramlı, təxribatçı yazıların, dövlətin milli maraqları, strateji münasibətləri, regional tərəfdaşları və qlobal əməkdaşlıq aspektlərini zədələnməsinə xidmət edən yazıları daxildə tirajlanması ilə nəticələnir.

Sadaladığımız nümunələrdə Azərbaycnda da KİV və elektron medianın tənzimlənmə siyasətinə son illərin əsas təbliğat aləti olan sosial medianın tənzimlənməsinin də şamil olunmasının vacibliyini önə çıxaran sadə nümunələrdir.

Azərbaycanda ifadə azadlığının təminatı üçün nəzərdə tutulan imkanların dezinformasiyanın yayılması üçün vasitə və alət olmamsını tənzimləyəcək, KİV-lərdə dövləti maraqların müdafiəsində imunitetlərin formalaşdıracaq, bu sahəni müasir şərtlərə uygun sistemləşdirəcək KİV haqqında yeni qanuna ehtiyac var.

Ən əsası isə yeni qanunvericiliyin işlək olması üçün KİV-ləri yeni şərtlərə adaptasiya olunmasında iştirak edəcək, sonrakı proseslərdə tənzimlənməsinə nəzarət edəcə idarəedici qurumun yaradılması zərurudir

Yeganə Hacıyeva,

12.01.2021