Xəbər verdiyimiz kimi, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Baymedia.az xəbər verir ki, Naim Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayonunun Kolanı kəndində anadan olub.
1995-2006-ci illərdə F.Məmmədov adına Kolanı kənd tam orta məktəbində orta təhsil alıb. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-2014-cü illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistratura təhsili alıb.
2014-cü ildən Naxçıvan Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.
N.Cahidzadə 2018-ci ildə Rumıniyanın Piteşti Universitetində “Erasmus+” proqramı çərçivəsində “Müəllim mübadiləsi layihəsi”nə əsasən “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsi fərqləri” mövzularında mühazirə oxuyub.
N.Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.