• 7 Dekabr 2023
logo
Bakı Bus avtobusu qəza törətdi: ölən var

Bakı Bus avtobusu qəza törətdi: ölən var

Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi Bakı Bus-a məxsus BMC markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.
Daxili İşlər Nazirliyindən Baymedia.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.