• 19 Mart 2024
logo
Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun anım günü qeyd olunub

Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun anım günü qeyd olunub

Xətai rayonunda Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun Kazımağa Kərimov küçəsindəki xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib və II Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, şəhidin dayısı polkovnik Şair Ramaldanov, ləzgi icmasının nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyib.
Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kampazisiya təqdim olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.