• 26 Aprel 2024
logo
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib

Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış və 9 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, 2 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.