• 6 İyul 2025
logo
Vaksinin alınması üçün Türkiyə ilə işbirliyi aparılır - Nazir müavini

Vaksinin alınması üçün Türkiyə ilə işbirliyi aparılır - Nazir müavini

Azərbaycan da koronavirusa qarşı vaksinlərdən istifadə üçün həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, ikitərəfli danışıqlarda Türkiyə ilə daha yaxından işbirliyi aparılır: “Hazırda COVİD-19 xəstəliyini törədən virus 1 ilə yaxındır ki, dünyada tüğyan edir. Buna qarşı vaksin artıq hazırlanıb və onun tətbiqinə bəzi ölkələrdə başlanılıb”.