• 19 Fevral 2025
logo
Ermənilərin Ağdam və Ağcabədiyə atdığı mərmilər yaşayış evlərində dağıntılara səbəb olub

Ermənilərin Ağdam və Ağcabədiyə atdığı mərmilər yaşayış evlərində dağıntılara səbəb olub

Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Ağcabədi və Ağdam rayonlarının yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi və Ağdam rayonunun Hacı Turallı kəndlərinə atdığı mərmi fərdi yaşayış evlərində dağıntılara səbəb olub.