• 16 Oktyabr 2021
logo
"Google"un bütün xidmətlərində yaranan nasazlıqlar aradan qaldırılıb

"Google"un bütün xidmətlərində yaranan nasazlıqlar aradan qaldırılıb

"Google" şirkəti bu gün xidmətlərində yaranan nasazlıqları tam aradan qaldırıb.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda deyilir.

Fəaliyyəti ilk bərpa olunan "Google Meet" video-konfrans xidməti olub. Sonradan "Gmail" poçt xidmətinin, "Google Drive" bulud yaddaşının, "Sənədlər", "Cədvəllər" və "Təqdimatlar" ofis xidmətlərinin, "Google Qrup" aqreqatorunun, "Google" saytlarının, "Google Chat" korporativ mesaj xidmətinin, "Google Keep" qeydlər xidmətin və "Google Voice" zəng xidmətinin işi bərpa olub.

Qeyd edək ki, səhər saatlarında "Gmail" poçt qutusuna və onun bəzi funksiyalarına daxil olmaq problemləri yaşanıb. Əksər şikayətlər poçt qutusundakı məktublara əlavə edilən sənədləri açmaq və ya göndərmək üçün faylları məktuba əlavə etmə imkanının olmadığı ilə bağlı olub.