• 19 Fevral 2025
logo
Bu həftə BƏƏ-də peyvəndin 3 sınaq fazası başlanıb

Bu həftə BƏƏ-də peyvəndin 3 sınaq fazası başlanıb

Birləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına cümə günü 293 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 56422-ə çatdığını və ümumilikdə iyulun 17-nə 48448 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 335-ə çatdığını bildirmişdir.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən Baymedia.az-a bildirilib ki, bu həftə BƏƏ-də peyvəndin 3 sınaq fazası başlamışdır. Peyvənd 18-60 yaş arası könüllülər üçün mümkün olacaq. Sınaq lar BƏƏ-nin G42 və Sinopharm arasındakı əməkdaşlığın nəticəsidir. Uğurlu olacağı təqdirdə peyvənd 2020-ci ilin sonuna bazara çıxarıla bilər.

BƏƏ-də 4 milyondan artıq coVİD-19 testi edilmişdir ki, bu da dünyadan ən yüksək göstəricidir, təxminən hər 2.5 nəfərə 1 test. Yaxma yolu ilə götürülən testlərin nəticəsi bir neçə saata məlum olur, habelə BƏƏ-də istehsal olunan lazer texnologiyaları testinin nəticəsi isə Dubay-Abu Dabi sərhəddində dərhal məlum olur.
Son üç ay ərzində ilk dəfə olaraq 48 saat ərzində yeni ölüm halları qeydə alınmayıb.

BƏƏ-nin paytaxtında otellərin dolma nisbəti iyulun 1-dən bəri illik müqayisədə 3% artıb və bu sektorun inkişafına yönəlmiş bir sıra təşəbbüslərin başlanması ilə daha da artacağı gözlənilir.

BƏƏ Qazaxıstan, Meksika və Burkina Fasoya COVID-19 yardımı göndərib. Beləliklə, BƏƏ 73 ölkəyə 1000 tondan çox COVID-19 yardımı çatdırıb.
COVID-19 pandemiyası ilə əlaqədar BƏƏ-də başladılan repatriasiya reysləri ilə 320 mindən çox insan vətənlərinə qayıdıb.

Etihad sərnişinlər üçün evdə test vermələri xidmətini həyata keçirməyə başlayıb. Tibb işçiləri sərnişinləri evlərində test edərəknəticələri onlara 24 saat ərzində çatdıracaqlar. Xidmət məcburi deyil.

BƏƏ hökümətini post-pandemiya dövrünə yüksək hazırlaması üçün nazirlik və idarələrdə aparılan dəyişikliklərdən sonra çağrılmış yeni Nazirlər Kabineti şənbə günü and içdi.

Cavid