• 22 Sentyabr 2020
logo
Qubada reyd keçirildi, maskadan istifadə etməyənlər cərimələndi

Qubada reyd keçirildi, maskadan istifadə etməyənlər cərimələndi

Quba rayonunda karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

Şöbə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onlara həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zərurliyini bildirirlər.

Polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən bütün obyektlərdə satıcıların və müştərilərin tibbi maska və fərdi qoruyucu vasitələrdən istifadə etmələrinə nəzarət edir, kafe və restoranlarda 10 m 2 ərazidə 4 nəfərdən artıq müştərinin olmamasına xüsusi diqqət yetirirlər.

Bundan əlavə, RPŞ-nin DYP bölməsinin inspektorları rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişindaşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.

Şöbə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İXM müvafiq maddəsi ilə protokollar tərtib olunub.