• 27 İyul 2024
logo
Azərbaycanın boks hakimi vəfat edib

Azərbaycanın boks hakimi vəfat edib

Azərbaycan boksuna itki üz verib.

Federasiyadan "Report"a verilən məlumata görə, AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan Mehman Mürsəlov 62 yaşında vəfat edib.

O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa birincilikləri, həmçinin bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyub. Mehman Mürsəlov DİN İdman Cəmiyyətində məşqçi-müəllim kimi də çalışıb.