• 20 Aprel 2024
logo
“Cərimələr insanların sağlamlığını qorumaq üçündür”

“Cərimələr insanların sağlamlığını qorumaq üçündür”

Sahib Alıyev: “Beynəlxalq təcrübə göstərir ki, sərt cəza tədbirləri müsbət nəticə verir”

“Beynəlxalq müşahidələr göstərir ki, koronavirus pandemiyası ilə effektiv mübarizə 3 əsas məqamdan asılıdır. Birincisi dövlətin bununla bağlı zamanında qabaqlayıcı tədbir görməməsindən. İkincisi nə dərəcədə sərt addım atmasından. Üçüncüsü isə cəmiyyətin intizamı və məsuliyyətindən”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Sahib Alıyev səsləndirib. Millət vəkili əlavə edib ki, Azərbaycan qabaqlayıcı addımlar atmaq və bütövlükdə dövlət səviyyəsində görülən digər addımlar baxımından da örnək ölkələrdən sayılır: “Artıq bununla bağlı dəfələrlə münasibət bldirilib, beynəlxalq rəy və insanlarımızın yanaşması da belədir. Amma məsələ burasındadır ki, Azərbaycan dövlətinin hərəkətləri indiyədək daha çox cənab Prezidentin təbirincə desək insansevər, vətəndaş mərkəzli addımlar olub. Bu addımlar o yerdə daha effektiv olur ki, orada cəmiyyətin intizamı və məsuliyyət hissi yüksəkdir. Çox təəssüf ki, bizim cəmiyyət özünün yüksək intizamı və məsuliyyəti ilə seçilən cəmiyyətlərdən deyil. Ona görə də, biz beynəlxalq təcrübənin digər bir məqamına əl atmalıyıq ki, o da karantin rejiminin pozulması ilə bağlı qaydaların sərtləşdirilməsidir. Mən sizə konkret misallar gətirəcəyəm. Gney Asiyada bu baxımdan ən böyük uğur qanana ölkələr, Vyetnam, Güny Koreya, Sinqapur və Çinin özüdür. Orta Şərqdə ən böyük uğur qazanan ölkə İsraildir. Avropada isə Almaniyadır. Bu ölkələrin təcrübəsi göstərir ki, Almaniyada bu uğurun kökündə daha çox cəmiyyətin intizamlı davranışı durursa, digərlərinin hamısında pandemiyanın qarşısının alınmasında məhz sərt cəza tədbirləri öz müsbət təsirini göstərib. İsraildə karantin rejiminin pozulmasına görə 1,6 min dollar cərimədən tutmuş 15 il müddətinədək həbs cəzası nəzərdə tutulur. Koreyada 8,2 min dollar cərimə və 1 ilədək həbs cəzası, Sinqapurda 7 min dolar cərimə, 6 aya qədər həbs cəzası, Çində isə insan əgər bilərəkdən rejimi pozur və xəstəliyə tutulursa, o hətta ölüm cəzasına belə məhkum edilir. Vyetnamda isə 12 illik həbs cəzası nəzərdə tutulur. Sadaladığım ölkələrin atdığı addımların nəticəsi olaraq nə gördük? 100 milyonluq Vyetnamda koronavirusa yoluxanların sayı 268-i keçmədi və artıq demək olar ki, yoluxan yoxdur. Az öncə vurğuladığım kimi, Sinqapur, Çin və Vyetnamla yanaşı, Güney Koreya da bu baxımdan örnək ölkələr sırasındadır. İstər-istəməz qanunların sərtləşdirilməsinə ehtiyac var. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləndə də -düzdür, Milli Məclisin plenar iclasında vaxt çatmadığına görə, mən danışa bilmədim - deyəcəkdim ki, cəzaların sərtləşdirilməsində məqsəd insanların sağlamlıqlarını qorumaqdır, kimlərisə cərimələmək deyil. İnsanlar anlamalıdırlar ki, sağlamlıq itiriləndən sonra bəzən milyonlarla vəsaitlə onu bərpa emtək mümkün olmur. Ona görə mən bu fikirdəyəm ki, bizdə ən çəkindirici effektlərdən biri cəzanın sərtliyi və rejim pozanlara yanaşmada qətiyyətli davranış ola bilər.
Mən ümumiyyətlə bu fikirdəyəm ki, cəza tətbiqi mexanizmi fiziki şəxslərlə müqayisədə vəzifəli və hüquqi şəxslərə yanaşmada daha sərt olmalıdır. Hazırda supermarketlərə gedin baxın. Birində baxırsan ki, qoruyucu tədbirlər nisbətən yaxşı səviyyədədir. Bəzilərində tutaq ki, girişə gigiyenik istifadə üçün nələrsə qoyulub, amma kimsə istifadə edir, kimsə yox. Buna nəzarət etmək istəyən belə yoxdur. Satıcıların özlərinin bir hissəsi maskada olsa da, bir hissəsi maskada deyil. Bir neçə gün bundan öncə bazara getmişdim. Orada məndən başqa maska taxmış şəxs görmədim. Yəni ona görə də, bu vəzifəli şəxslər, hüquqi şəxslərə sərt cəza tətbiq olunmalıdır ki, onlar özləri prosesə nəzarət etsinlər. Yəni polisin imkanı xaricindədir ki, hər yerdə bu nəzarəti həyata keçirsin. Amma sərt cəza istər istəməz özünü göstərəcək. Bununla bağlı mediada xəbərlər çıxanda ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunacaq, səhəri gün baxdım ki, yəqin siz özünüz də müşahidə etmisiniz, şəhərdə maska taxanların sayı artmağa başladı. Yəni bunun özü göstərir ki, cəzanın sərtliyi çəkindirici effekt daşıya bilər və bu ilk növbədə insanların cəzalandırılmasına yox, məhz sağlamlıqlarının qorunmasına hesablanıb”.
Millət vəkili qeyd edib ki, İnzibti Xətalar Məsəlləsinə edilən dəyişikliklərdə bu öz əksini tapmasa da, məsafə saxlanılması məsələsi də son dərəcədə önəmlidir: “Masknın önəmi nədən ibarəıtdir? Maska taxan şəxs əgər virus daşıyıcısıdırsa, onun başqalarını yoluxdurmaq imklanı 70 faiz, eyni zamanda maska taxan şəxsin özünün yoluxma ehtimalı 30 faiz azalır. Üstəlik, burada məsafə qorunmazsa dediyim göstəricilərin hamısı şərti xarakter daşıyır. Ona görə də məsafə məsələsinə ciddi riayət etmək lazımdır”.
Sahib Alıyev koronavirusa qarşı mübarizədə medianın rolundan da danışıb: “Burada medianın rolu nədən ibarət ola bilər? Bəzi adamların narazılıqları açıq şəkildə görünür. Media dövlətin, operativ qərargahın, polisimizin yanında yer almalıdır və tətbiq edilən hər bir cəzanın haqlı olduğu diqqətə çatdırılımalıdır. Guya koronavirus pandemiyasının olmaması ilə bağlı yayılan şayiələrin məqsədyönlü xarakter daşıdığı, bunun pandemiyanın daha da yayılmasına səbəb olacağı bildirilməlidir. Bizim idman jurnalisti olanb həmkarımız var (Anar Cəfərsoy-Ə.Z), onun anası koronavirusdan rəhmətə getdi, özü isə şükürlər olsun ki sağaldı. Bu cür örnəklər göstərilməlidir, insanlar bilsinlər ki, bu zarafat deyil. Dövlət bu dərəcədə yükün altına elə-belə girmir. Bir anlıq təsəvvür edək ki, bu uydurmadır, belə bir xəstəlik yoxdur. Bəs dünyanın başqa ölkələri niyə bununla bağlı ciddi tədbirlər görür? Ciddi iqtisadi itkilərlə üzləşirlər, amma sərt rejim tətbiq etməyə məcbur olurlar. Bu dayanmadan bizim cəmiyyətə aşılanmalıdır. Çünki bunu ayrı yolu yoxdur. Üstəlik, narazı kəsimlər var ki, onların daim diqqətinə çatdırılmalııdr ki, Azərbaycan dövləti bu baxımdan nə dərəcədə insansevər addımlar atır və böyük fədakarlığa gedərək öz vətəndaşını qorumağa çalışır. Mən Birləşmiş Ştatlardan misal gətirərək sadəcə, bir faktı demək istəyirəm. Birləşmiş Ştatlarda koronavirusa yoluxan adamın xəstəxanalarda 6 günlük müalicəsi üçün 73 300 dollar vəsait tələb olunur. Onun ancaq 38 200 dollarını sığorta təşkilatları ödəyir, qalanını isə insanlar özləri ödəməlidirlər. Ona görə də insanlar həkimə belə müraciət etmək istəmirlər. Orada telesəhiyyə sistemi deyilən bir sistem var. Həkimə onlayn müraciət edirlər və bununla belə, 5-6 dəqiqəlik müraciət üçün 77 dollar ödəmək lazımdır. Onun da cəmi 34 dollarını sığorta şirkətləri, qalanını isə insanlar özləri ödəməlidir. Bu tibbi sığortası olanlara aiddir. Amerikada 30 milyondan çox insanın tibbi sığortası yoxdur. Bəzən bizə müxtəlif ölkələrlə bağlı örnəklər göstərirlər. İndi ABŞ örnəyini göz önünə gətirsinlər. Vətəndaşlarını, 15 mindən artıq insanı 4-5 ulduz otellərdə 2 həftə müddətində yüksək xidmət şəraitində saxlayan, koronavirusa yoluxanları pulsuz, yüksək səviyyədə müalicə edib sağaldan Azərbaycandır. Yəni bu faktlar da vətəndaşların diqqətinə çatdırılmalıdır. Ümumiyyətlə mənə elə gəlir ki, koronavirusla mübarizə ilə bağlı 3 aparıcı qüvvə var. Bunlar bizim səhiyyə işçilərimiz, polisimiz və jurnalistlərimizdir. Ona görə də, effektiv nəticə onların məhz işlərinin sinxronluluğundan asılı olacaq. Yəni media həm səhiyyə işçilərimizə, həm də polisimizə hər cür cür dəstək verməlidir.
Yeri gəlmişkən o da vurğulanmalıdır ki, tutaq ki bizdə fiziki şəxslər qoruyucu vasitələrdən istifadə etmədiklərinə görə, 50 manat məbləğində cərimələnə bilərlər. Amerika Birləşmiş Ştatlarında buna görə 1000 dollar cərimə nəzərdə tutulur, Almaniyada 150 avrodan başlayaraq cərimələr artır. Bəziləri deyə bilər ki, orada maaşlar yüksəkdir və.s. Burada insanların maddi vəziyyəti əsas götürülmür. İnsanların sağlamlığı əsas götürülür. Yəni cərimələr insanların sağlamlığını qorumaq üçündür. Ona görə də, fərqi yoxdur ki, harda maddi vəziyyət necədir. Əsas odur ki, cərimə mexanizminin sərtliyi misal gətirdiyim ölkələrin təcrübəsindən göründüyü kimi müsbət effekt verir”.

Əli Zülfüqaroğlu