• 27 İyul 2024
logo
Qusarçayın daşması nəticəsində bəzi ərazilərə yağış suyu dolub

Qusarçayın daşması nəticəsində bəzi ərazilərə yağış suyu dolub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Çartəpə kəndində, yağan yağışlar nəticəsində Qusarçay çayında suyun səviyyəsi qalxması və kəndin bəzi ərazilərinin (həyətyanı sahələr, yollar) yağış suları ilə dolması barədə məlumat daxil olub.

APA Nazirliyin saytına istinadən xəbər verir ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Şimal Regional Mərkəzindən 3 nəfərdən ibarət canlı qüvvə, 2 motopompa və 1 texnika cəlb olunub.