• 27 İyul 2024
logo
Xanım karikaturaçı həbs edildi

Xanım karikaturaçı həbs edildi

Tehran İnqilab Məhkəməsi tənqidçi karikaturist, rəssam Atena Fərqdani barəsində 6 il həbs qərarı çıxarıb.

Baymedia.az xəbər verir ki, bu barədə onun vəkili Məhəmməd Muqimi məlumat yayıb.

13 aprel tarixində saxlanılaraq təcridxanaya köçürülən tanınmış sənətçi “İslam Respublikasına qarşı təbliğat” və “müqəddəsləri təhqir etmək”də günahlandırılıb.

Qeyd edək ki, Atena Fərqdani həbs edildikdən sonra SEPAH təcridxanasında işgəncələrə məruz qalıb, ağır bədən xəsarətləri alıb.