• 27 İyul 2024
logo
Azərbaycanda bu sığorta şirkəti ləğv edilir

Azərbaycanda bu sığorta şirkəti ləğv edilir

Azərbaycanın yeganə regional sığorta şirkəti - Naxçıvan Sığorta ASC bazarı tərk etməyə hazırlaşır.

Baymedia.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, “Naxçıvan Sığorta”nın yeganə səhmdarı Naxçıvan Bank ASC-nin qərarına uyğun olaraq şirkətin Direktorlar Şurası lisenziyanın ləğv edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib. Bununla bağlı tənzimləyici qurumun qərarı gözlənilir.

Bundan sonra “Naxçıvan Sığorta”nın öhdəliklərini Atəşgah Sığorta ASC icra edəcək.