• 11 Oktyabr 2024
logo
Nazir müavini: “Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb”

Nazir müavini: “Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb”

“Hesabat ilində bəzi uğursuzluqlar da qeydə alınıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Sevinc Həsənova bildirib ki, yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb: “Bizim proqnozlara nisbətən inflyasiya daha yüksək olub. Beynəlxalq təşkilatların proqnozlarında inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı bildirilirdi. 2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi. Dünyanın müxtəlif yerlərində iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi, ərzaq məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb. Azərbaycanda baş verən yüksək inflyasiya da əsasən, idxal inflyasiyası ilə izah oluna bilər”.