Azərbaycanda biznes qurumları üçün yeni alternativ maliyyələşmə mexanizmi işə salına bilər.
"APA-Economics" xəbər verir ki, Azərbaycan-Türkiyə İş Adamları Forumunda qeyd olunan məsələyə dair səsləndirilən suala Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov aydınlıq gətirərək bildirib ki, bu məsələ üzərində müəyyən işlər aparılır.
"KOBİA, Türkiyənin "Ziraat Bankı" və İslam İnkişaf Bankı ilə birlikdə işçi qaydada ölkəmizdə müvafiq mexanizmin tətbiqi ilə bağlı işlər görülür. Hələ ki, Azərbaycanda belə mexanizm yoxdur. Dövlət qurumları tərəfindən iş adamlarına aşağı faizlə kreditlər verilir. Məsələn, banklar tərəfindən biznesə 10-15% ilə kredit verilirsə, dövlət tərəfindən daha aşağı faizlə kreditlər verilir", - deyə O. Məmmədov qeyd edib.