Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin sulardan istifadə imkanlarının araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"nda qeyd edilib.
Tədbirlər planına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı Metropoliteni” QSC, “Azərsu” ASC və Bakı Şəhər İcra Hakimiyyəti mütəmadi bununla bağlı təkliflər hazırlamalıdır.