• 20 Aprel 2024
logo
Azərbaycan yeyinti məhsullarının idxalını 5%-dən çox artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 5%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 766 461,43 min ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin ilk altı ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 5,2% çoxdur.

Ümumiyyətlə, yanvar-iyun aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,4% təşkil edib.

Hesabat dövründə ölkəyə 45 951,91 min dollar dəyərində 25 675,45 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 29,8%, həcm göstəricisi üzrə isə 6,7% çoxdur.

Cari ilin yanvar-iyun ayları ərzində ölkəyə 9 502,29 min dollar dəyərində (artım 57,2%) 5 487,30 ton (artım 37,8%) süd idxal olunub.

Ölkəyə həmçinin 43 599,71 min dollar dəyərində 8 779 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 33,9% və 34,5% çoxdur.