• 26 Noyabr 2020
logo
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 24% azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 24% azaldıb

2020-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 409,316 mln. kVt-saat elektrik enerjisi idxal edib.

Bu barədə Gürcüstan “Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru”nun (ESCO) hesabatında qeyd olunub. Bildirilib ki, bu göstərici illik müqayisədə 130,130 mln. kVt-saat və ya 24,1% azdır.

Qeyd edək ki, ötən ilin ilk 4 ayı ərzində isə Gürcüstan Azərbaycandan 539,446 mln. kVt-saat elektrik enerjisi idxal edib.

Yanvar-aprel ayları ərzində Gürcüstanın ümumi elektrik enerjisi idxalı 780,4 mln. kilovatt/saat təşkil edib ki, bunun da 52,4%-i Azərbaycanın, 47,5%-i isə Rusiyanın payına düşüb.

Hesabat dövründə Azərbaycanın Gürcüstan vasitəsi ilə Türkiyəyə ötürdüyü elektrik enerjisinin həcmi isə 51,09 mln. kVt-saata bərabər olub.