• 27 Aprel 2024
logo
Puqaçova agent kimi tanınacaq? – Proses gedir

Puqaçova agent kimi tanınacaq? – Proses gedir

Rusiyalı fəal Vitali Borodin Rusiya Baş Prokurorluğunun Alla Puqaçovanı xarici agent kimi tanıyacağını bildirib.

Baymedia.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Puqaçovanın xarici agent kimi tanınması proseduru başlayıb, prokurorluq Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən Puqaçovanın xarici agent kimi tanınmasını xahiş edir”, - o bildirib.

Borodin tənzimləyici orqanların məsələyə sona qədər baxacağına ümid etdiyini deyib.