• 27 Aprel 2024
logo
Taxta parçası 719 min dollara satıldı

Taxta parçası 719 min dollara satıldı

“Titanik” filminin son səhnəsində Rouzu ölümdən xilas eləyən taxta parçası 718,750 dollara satılıb.

Baymedia.az xəbər verir ki, satış “Planet Hollywood” restoran və kurort şəbəkəsinə məxsus rekvizit və kostyumların hərracında həyata keçirilib.

Qeyd edək ki, 1997-ci ildə ekranlara çıxan film 11 nominasiyada Oskar mükafatı qazanıb.