• 1 May 2024
logo
Budanov rusların üstün cəhətini açıqladı: Unutmayın!

Budanov rusların üstün cəhətini açıqladı: Unutmayın!

Ruslar xəyallarında bütün Ukraynanı işğal etdilər, amma bizim arzularımızda Moskvada qələbə paradı var.

Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Naziriyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Vaşinqton Post”a müsahibəsində deyib.

O hesab edir ki, Rusiyada Putin rejimi olduqca bu müharibə də davam edəcək.

"Növbəti rejimdə bu, dəyişə bilər və ya yox, lakin bir fürsət pəncərəsi olacaq".

Budanov bildirib ki, Putin Ukraynaya qarşı müharibəyə başlamaqla strateji səhvə yol verib:

"Ancaq ruslar tez toparlanır və bu, yadda saxlamalı olduğunuz faktdır. Onlar bunu dəfələrlə sübut ediblər. Biz bu xüsusiyyəti gözardı etməməliyik".