• 27 Aprel 2024
logo
Ukrayna yeni hücum üçün ehtiyat toplayır - Sırski

Ukrayna yeni hücum üçün ehtiyat toplayır - Sırski

Ukrayna indiki mərhələdə ərazilərini qorumağa çalışır və yeni hücum üçün ehtiyatlar hazırlayır.

Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski danışıb.

“Məqsədimiz ərazilərimizin itirilməsinin qarşısını almaq, düşməni mümkün qədər tükəndirmək, ona maksimum itki verdirmək və hücum əməliyyatları üçün ehtiyatlar hazırlamaqdır. Ukrayna Silahlı Qüvvələri müdafiə halında, xüsusən Xarkov vilayətindəki mövqeləri möhkəmləndirir”, - o bildirib.