• 27 Aprel 2024
logo
Şakro Molodoy azadlığa buraxıldı

Şakro Molodoy azadlığa buraxıldı

Məşhur kriminal avtoritet Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən azad edilib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Kriminal avtoritetin səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxıldığı bildirilir.

Qeyd edək ki, Şakro Molodoy “Ded Xasan” ləqəbli Aslan Usoyanın ölümündən sonra Rusiya kriminal aləminin lideri olub.