• 28 Aprel 2024
logo
Paşinyanla görüşün məqsədi... – ABŞ Rusiyaya cavab verdi

Paşinyanla görüşün məqsədi... – ABŞ Rusiyaya cavab verdi

Bölgədə müşahidə etdiyimiz təlatümlərin bir qismi Rusiyanın son bir neçə ayda etdiyi hərəkətlərdən qaynaqlanır.

Baymedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Paşinyan, Ursula fon der Leyen və Blinkenin aprelin 5-nə planlaşdırılan görüşü ilə bağlı narahatlığını şərh edərkən deyib.

“Brüsseldə keçirilən bu görüşlərə gəlincə, orada Ermənistanın iqtisadi dayanıqlığına diqqət yetiriləcək, çünki İrəvan ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları ödəməyə çalışır”, - o bildirib.

Qeyd edək ki, Mariya Zaxarova Rusiyanın bu görüşdən narahat olduğunu bildirmişdi.