• 27 Aprel 2024
logo
"Krokus" terroru: ölənlərin sayı artdı

"Krokus" terroru: ölənlərin sayı artdı

"Krokus Siti Holl"da törədilən terror aktı zamanı yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bununla da terror nəticəsində ölənlərin sayı 140-a çatıb.

Qeyd edək ki, bundan öncə yaralananların sayının 360-a qalxdığı barədə açıqlama verilmişdi.