• 20 Aprel 2024
logo
Təbrizli həkim həbs edildi

Təbrizli həkim həbs edildi

Təbrizin Şühəda xəstəxanasının ortoped rezidenti doktor Rza Rzazadə prokurorluğa çağırıldıqdan sonra saxlanılıb.
Baymedia.az xəbər verir ki, dekabrın 7-da Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılan Rza Rzazadə “sistemi və rəhbərliyi təhqir etmək” ittihamı ilə həbs edilib.
Girov qarşılığında müvəqqəti azadlığa buraxılması üçün ailəsinin müraciətləri nəticəsiz qalıb və təbrizli həkim Təbriz zindanına köçürülüb.
Qeyd edək ki, Rza Rzazadə bundan öncə Sistan-Bəlucistan əyalətinin Saravan şəhərində səhiyyə şəbəkəsinin rəhbəri kimi çalışıb.