• 29 Mart 2024
logo
Xüsusi əməliyyat: İstanbul böyük faciədən döndü

Xüsusi əməliyyat: İstanbul böyük faciədən döndü

İstanbulda hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı ilə “Seydo Botan Gever” ləqəbli PKK-çı Mehdi Mıhçı yaxalanıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Mehdi Mıhçı İstanbulda terakt törətməklə bağlı PKK rəhbərliyindən xüsusi göstəriş alıbmış.
Onun üzərində saxta şəxsiyyət vəsiqəsi tapılıb.
Terrorçu ilə birlikdə onunla cinayət əlaqəsində olan 3 nəfər - C.A, E.K. və M.K saxlanılıb.