• 28 İyun 2022
logo
Ərdoğan NATO müttəfiqlərini Türkiyənin narahatlığına hörmət etməyə çağırıb

Ərdoğan NATO müttəfiqlərini Türkiyənin narahatlığına hörmət etməyə çağırıb

Müttəfiqlərimizdən bizim narahatlığımızı anlamaqlarını, hörmət etməklərini və, mümkündürsə, dəstək vermələrini gözləyirik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizim terror təşkilatlarının sərhədlərimizə etdiyi hücümlarından qorunmaq kimi həssasiyyətimiz var. İllərdir buna görə acı çəkdik, itkilərimiz oldu, hələ də qiymətini ödəyirik. Buna heç bir müttəfiqimiz gözlədiyimiz səviyyədə hörmət və dəstək göstərmədi. PKK və İŞİD-in sərhədlərimizdə dayandığı bir zamanda ölkəmizdəki hava hücumundan qorunma sistemlərin götürüldüyü günləri unutmadıq”, - deyə bildirib.
Ərdoğan NATO çərçivəsində müttəfiqlərin Türkiyəyə qarşı sərgilədiyi münasibətə baxmayaraq, ölkəsi Alyans çərçivəsində bütün öhdəliklərini yerinə yetirir və əməldə NATO-nun fəaliyyətlərinə ən çox dəstək verən ölkədir: “Amma bu qarşımıza qoyulan hər bir təklifə sorğu-sualsız “hə” deyən deyilik. NATO-nun genişlənməsi bizim həssaslığımıza göstəriləcək hörmət çərçivəsində anlamlıdır. Həm PKK/YPG terror təşkilatına tam dəstək verib, həm də bizdən NATO-ya üzvlük üçün dəstək istəmək uyğunsuzluqdur”.