• 28 İyun 2022
logo
Ərdoğan: “Əlcəzairlə müdafiə sənayesində əməkdaşlığı gücləndirəcəyik”

Ərdoğan: “Əlcəzairlə müdafiə sənayesində əməkdaşlığı gücləndirəcəyik”

"Afrika qitəsində sülh və sabitliyin təmin edilməsində mühüm rol oynayan Türkiyə və Əlcəzair olaraq müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməkdə qərarlıyıq”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Abdulməcid Tebbune ilə birgə mətbuat konfransında deyib.
Prezidentin sözlərinə görə, Türkiyə Cumhuriyyətinin Əlcazairin Oran şəhərində açılacaq Baş konsulluğu iki ölkə arasında münasibətlərin dərinləşməsinə dəstək olacaq.
Bundan sonra bütün sahələrdə əməkdaşlığın daha da inkişaf edəcəyini qeyd edən Ərdoğan, Türkiyənin hər zaman Əlcəzairin yanında olduğunu vurğulayıb.