• 21 May 2022
logo
Binəli Yıldırım: "TDT üzvləri arasında ticarət həcmi cəmi 2,8 milyard dollardır"

Binəli Yıldırım: "TDT üzvləri arasında ticarət həcmi cəmi 2,8 milyard dollardır"

"Türk Dövlətləri Təşkilatının illik ticarət həcmi 550 milyard dollardır, lakin bunun sadəcə 2,8 milyard dolları öz aralarında olur".
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
O bildirib ki, bu gün təşkilata üzv ölkələrin əhalisinin sayı 170 milyona çatır.
"Bu ölkələr 5 milyon kv.km ərazini əhatə edir. İllik ümumdaxili məhsulun həcmi 1,5 trilyon dollardır. Yəni, dünyanın 12-ci ən böyük iqtisadiyyatını təşkil edir. Lakin illik 550 milyard dollar ticarət həcminin sadəcə 2,8 milyardı öz aralarında baş verir. Yəni, öz aramızdakı ticarət ümumi ticarət həcminin 3 faizini belə təşkil etmir. Deməli, bu sahədə görüləcək çox iş var. Əvvəla, təşkilata üzv olan ölkələr arasında ticarət tərəfdaşlığını ən az ilk beşliyə salmaq kimi hədəfimiz olmalıdır. Rifahı əvvəlcə öz aramızda yaymalı və böyütməliyik" - deyə Binəli Yıldırım qeyd edib.