• 29 Mart 2024
logo
Türkiyə “ADEX-2022” sərgisində iştirak edəcək

Türkiyə “ADEX-2022” sərgisində iştirak edəcək

Türkiyə Bakıda keçiriləcək “ADEX-2022” Beynəlxalq müdafiə, silah və hərbi texnika sərgisində iştirak edəcək.
Türkiyə Müdafiə Sənayesi İdarəsinin verdiyi xəbərə görə, 6-8 sentyabrda keçirilməsi planlaşdırılan ADEX sərgisində Türkiyə bu il də güclü şəkildə təmsil olunacaq.
“Türkiyənin ötən illərdə ən böyük iştirakçısı olduğu ADEX Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsinin ən önəmli müdafiə sənayesi sərgiləri arasında yer alır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “ADEX-2022” Bakıda keçiriləcək sayca dördüncü sərgi olacaq. Belə ki, Müdafiə Sənayesi Nazirliyi 2014, 2016 və 2018-ci illərdə Bakı şəhərində keçirilən “ADEX” beynəlxalq müdafiə sərgilərinin təşkilatçısı olub.