• 29 Mart 2024
logo
Ərdoğan: “Suriyadakı terrorçular ABŞ-dan dəstək alır”

Ərdoğan: “Suriyadakı terrorçular ABŞ-dan dəstək alır”

“Amerikanın Suriyanın əhəmiyyətli bir hissəsində bazaları var. Rusiyanın da bazaları var. Digər tərəfdən terror təşkilatları ABŞ-dan ciddi dəstək alıb və indi də o dəstəyi almağa davam edirlər”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya səfərdən sonra Ankarada yerli jurnalistlərə deyib.
“Bu cür şeyləri heçə saymaq mümkündürmü? Xeyir. Biz bunu Baydenlə görüşlərimizdə ona demişdik. Trampla görüşlərimizdə demişik. Obama ilə görüşlərimizdə demişik. Hər birinə “Siz terror təşkilatlarını dəstəkləyirsiniz” demişəm. Onlar isə “biz geri çəkilirik, byrada terror təşklatlarını dəstəkləmirik” deyirlər. Təbii ki, düz danışmırlar”, - deyə o xatırladıb.
Ərdoğan ABŞ-la yanaşı, Rusiya və İranın Suriyadakı mövcudluğuna da münasibət bildirib.
“Eynilə, Rusiya da oradan çəkilmir. Hazırda Rusiya Suriyaya dəstəyini geri çəksəydi, Əsəd tab gətirə bilməzdi. Əsəd hazırda Rusiyadan aldığı dəstəyin nəticəsində ayaqda qalıb. Aydın məsələdir ki, İranın da dəstəyi var. Belə bir vəziyyət var. Ümid edirik ki, ən qısa zamanda bölgədə sülh və əmin-amanlıq hökm sürəcək və bu yolla onlardan xilas olacağıq”,- Ərdoğan vurğulayıb.