• 19 Yanvar 2022
logo
Çavuşoğlu qətərli həmkarı ilə Əfqanıstanı müzakirə edəcək

Çavuşoğlu qətərli həmkarı ilə Əfqanıstanı müzakirə edəcək

Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Taninin Türkiyəyə ikigünlük səfəri başlayıb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə başda Əfqanıstan olmaqla, ikitərəfli münasibətlər və bir çox regional məsələləri müzakirə edəcək.