“Avropa İttifaqına tamhüquqlu üzvlük yolunda atdığımız addımların necə əngəlləndiyini şəxsən gördüm, yaşadım. Coğrafi, tarixi və bəşəri olaraq Avropanın bir parçası olan Türkiyə tamhüquqlu üzvlük hədəfinə bağlıdır”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqının səfirləri ilə görüşdə çıxışı zamanı bildirib.
“Məruz qaldığımız o qədər ədalətsizliyə baxmayaraq, Avropa İttifaqı strateji prioritetimiz olmağa davam edir. Bu yöndə səy göstərməyə davam edirik. Avropa İttifaqının 2022-ci ildə Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində daha cəsur davranmasına ümid edirik”, - Ərdoğan vurğulayıb.